Linear Algebra – Xətti cəbr ADA Universitetində İqtisadiyyat, Biznes və Computer Science (IT) fakültələrində, eləcə də bir çox xarici universitetlərdə öyrənilir.

 Discrete Math – Diskret riyaziyyat ADA Universitetində Computer Science (IT) fakültələrində, eləcə də bir çox xarici universitetlərdə öyrənilir.

 Statistics – Statistika informasiyanın vizuallaşdırılması və təhlili prosesini öyrənir. Bu proqram ADA Universitetində İqtisadiyyat, Biznesin idarə edilməsi və Beynəlxalq münasibətlər fakültələrində, eləcə də bir çox xarici universitetlərdə öyrənilir.

 Economics – İqtisadiyyat istehsal sahələrinin məcmusunu, onların insanlara və ölkəyə təsirini öyrənir. Bu proqram ADA Universitetinin bütün fakültələrində, eləcə də bir çox xarici universitetlərdə öyrənilir.

 Micro and Macro Economics – Mikroiqtisadiyyat insanların qərarlarını öyrənir, makroiqtisadiyyat isə iqtisadiyyatı bütövlükdə, bir sistem kimi öyrənir.

 Financial Accounting – Maliyyə uçotu – ADA Universitetində Biznesin idarə edilməsi və İqtisadiyyat fakültələrində, eləcə də bir çox xarici universitetlərdə öyrənilən mühasibatın əsasıdır.

Game Theory – oyunlarda optimal strategiyaları öyrənmək üçün riyazi metoddur. Oyun dedikdə, öz maraqlarını həyata keçirmək üçün mübarizə aparan iki və ya daha çox tərəfin iştirak etdiyi proses başa düşülür. Hər bir tərəfin öz məqsədi olur və digər oyunçuların davranışından asılı olaraq qalibiyyətə və ya itkiyə gətirib çıxaracaq müəyyən strategiyadan istifadə edir. Oyun nəzəriyyəsi ADA Universitetinin İqtisadiyyat fakültəsində, eləcə də bir çox xarici universitetlərdə öyrənilir.