“Education Abroad” – ‘‘Leznik & Co.’’ şirkətinin Azərbaycanın ADA Universitetində və xaricdə təhsil almaq istəyənlərə konsaltinq dəstəyi göstərən departamentlərindən biridir. Departament hər hansı universitetin agenti deyil, buna görə də işçilərimiz demək olar ki, istənilən universitetə ərizənin verilməsində kömək edə bilərlər.

  1. Məktəblilər üçün “Education Abroad” A Level, IB və AP proqramları üzrə təhsil ilə xarici məktəblərə ərizələr verir.

Xidmətlərə həmçinin daxildir:

  • Şagirdlərin tələb və imkanlarına uyğun ərizələrin verilməsi üçün məktəblərin seçilməsi, eləcə də sənədlərin hazırlanması və göndərilməsi zamanı dəstək;
  • Müsahibəyə hazırlıq;
  • Müvafiq məktəbə qəbulu elan edildikdən sonra bilik bazasının yaxşılaşdırılması üçün Mentoring (xaricdə təhsil almaq üçün ilkin hazırlıq);
  • Verilməli imtahanın seçimində və repetitorların axtarışında kömək.                                                                                                                                                                                                                                                                                                          2. Xaricdə bakalavr / magistr dərəcəsi almaqla maraqlanan abituriyentlər / tələbələr üçün:
  • Şagirdin / tələbənin beynəlxalq imtahanlarının nəticələrinə uyğun olaraq ölkə və universitet seçimində kömək;
  • Verilməli imtahanın seçimində və repetitorların axtarışında kömək;
  • Müvafiq ali məktəblərə qəbul üçün tələb olunan sənədlərin hazırlanması prosesində dəstək;
  • Sənədlərin göndərilməsi ilə şagirdlərə / tələbələrə köməkliyin göstərilməsi (onlayn formada);
  • Dövlət təqaüd proqramları üçün ərizələrin verilməsi (tam və ya qismən stipendiya almaq üçün);
  • Mentorluq – seçilmiş ixtisasa uyğun olan əsas fənlər üzrə ilkin hazırlıq.
  • Endirimli (scholarship) / təqaüdlü universitetlərin seçilməsi.

Peşəkar məsləhətçilər kimi, biz Sizin imtahan üzrə nəticələriniz və büdcənizə uyğun olan ali məktəblərin seçilməsinə zəmanət veririk. Biz, həmçinin, sənədlərin və məktubların hazırlanması baxımından əməkdaşlarımızın göstərdiyi dəstəyin keyfiyyətinə zəmanət veririk. Yuxarıda qeyd olunanlar mövcud olduğu halda, arzu olunan ali məktəblərə qəbul olmaq şansı kifayət qədər yüksək olur.