Bizdə riyaziyyat üzrə aşağıdakı kurslar var:
SAT Math imtahanına 8 – 9-cu sinifdən, SAT kursunun təxminən 60%-ni əhatə edən preSAT proqramı üzrə hazırlaşmağa başlamaq olar, həmçinin 9-cu sinif DIM məktəb buraxılış (attestasiya) imtahanına hazırlıq. Və ya, əgər bilik səviyyəsi imkan verirsə, uşaq SAT proqramı üzrə 10 – cu sinifdən hazırlığa dərhal başlaya bilər. SAT üzrə hazırlıq şagirdin bazasından asılı olaraq 6 aydan 9 aya qədər davam edir. Bir il ərzində biz SAT Math üzrə 12 – dən çox kitab əhatə edirik. Uşağın bilik səviyyəsi birbaşa SAT Math hazırlığına yazımağa imkan vermirsə, o, riyaziyyat üzrə baza biliklərini yaxşılaşdırmalı və sonra SAT səviyyəsinə keçməlidir. Bizdə belə hazırlıq üçün şərait var – General Math və PreSAT proqramları.
SAT – universitetə qəbul olmaq üçün dünyada ən çox yayılmış imtahanlardan biridir. SAT, həmçinin, ADA-ya qəbul olmaq üçün də tələb olunur. SAT – Scholastic Aptitude Test (Akademik Qiymətləndirmə Testi) deməkdir.
SAT imtahanı 2 hissədən ibarətdir: Riyaziyyat (İngilis dilində; 58 sual) və İngilis dili (Verbal Part; 96 sual). Riyazi bölmə iki hissədən ibarətdir: birinci bölmədə kalkulyatordan istifadə etmək olmaz (20 sual), ikincidə isə (38) olar. Verbal bölmə iki əsas hissədən ibarətdir: tələbələrin müəllifin öz arqumentlərini necə təqdim etdiyini təhlil etməli olduqları oxu bölməsi və tələbənin bilərəkdən düzgün yazılmamış universitet səviyyəli mətnlərə düzəlişlər etməli olduğu yazılı ingilis dili bölməsi. Bundan başqa, tələbənin müəllifin arqumentlərini çatdırmaq üçün istifadə etdiyi ədəbi və ritorik üsulları təhlil etməli olduğu əlavə esse bölməsi var.
SAT üzrə maksimum bal: 1600. SAT Math və SAT English – hər biri 800 bal. Bəzi universitetlər SAT üzrə 1000 və daha çox bal toplayan abituriyentləri qəbul edirlər. Ancaq universitetlərin əksəriyyəti 1200-dən çox bal tələb edir.
ACT – ABŞ, Kanada, Türkiyə, eləcə də bir çox Avropa və Asiya ölkələrinin ali təhsil müəssisələrinə qəbul üçün SAT ilə yanaşı analoji imtahandır. American College Testing (Amerika testi) deməkdir. ACT 4 hissədən ibarətdir: reading, writing, math, science. ACT üzrə imtahanda maksimal bal 36 təşkil edir. ACT nəticələri imtahan günündən 3 il müddətində etibarlıdır. ACT üzrə 9-cu – 10-cu sinifdən hazırlaşmaq daha yaxşıdır.
ACT həm Amerika abituriyentləri, həm də digər ölkələrdən olan abituriyentlər üçün məcburidir. Ancaq ABŞ-da xaricilər ACT ilə birlikdə IELTS, TOEFL və ya PTE Academic-dən də imtahan verirlər. ACT imtahanı universaldır və dünyanın demək olar ki, bütün universitetləri tərəfindən tanınır. ACT ABŞ-ın mərkəzi və cənub ştatlarında böyük populyarlığa malikdir.
IGCSE – orta məktəbi bitirdikdə imtahanlar əsasında verilən sertifikatdır. Bu, British Curriculum təlim sistemi ilə məktəb proqramdır. International General Certificate of Secondary Education deməkdir. IGCSE sertifikatı hər bir fənn üzrə verilir. Yəni coğrafiya, tarix, riyaziyyat və s. üzrə IGCSE. Əsasən 7 fənn üzrə imtahan vermək lazımdır. IGCSE imtahanında maksimum bal – A*-dur (A star).
‘‘Leznik & Co.’’ kurslarında Cambridge IGCSE proqramı üzrə riyaziyyat, kimya, fizika, biologiya, tarix, İngilis dili hazırlığı var.
A Level – başa çatdırdıqdan sonra uşaqların beynəlxalq imtahan verdiyi və hər bir fənn üzrə sertifikatlar aldığı 2 illik proqramdır. Proqram müxtəlif beynəlxalq məktəblərdə öyrənilir. Advanced Level deməkdir. A Level-də fənlər üzrə heç bir məhdudiyyət yoxdur, adətən ali təhsil müəssisələri A Level-in ən azı dörd fənnindən imtahanın verilməsini tələb edirlər. A Level üzrə imtahanda maksimal bal – A*-dur. A Level-dən imtahan verdikdən sonra dərhal universitetin birinci kursuna daxil olmaq olar. ABŞ, Kanada və Böyük Britaniya kimi ölkələrin ali məktəblərinə daxil olduqda, A Level ilə yanaşı, TOEFL, IELTS və ya PTE Academic-dən də imtahan vermək lazımdır.
IB-nin (International Baccalaureate) yaradılmasında məqsəd bütün tanınmış orta təhsil sistemlərinin birləşdirilməsi idi ki, bu proqramın diplomu istənilən ölkənin universitetləri tərəfindən milli məktəb diplomları səviyyəsində tanınsın.
IB proqramı PYP (Primary Years Program), MYP (Middle Years Program) və DP-dən (Diploma Program) ibarətdir:
PYP ibtidai məktəb proqramı – 5 yaşdan 11 yaşa qədər olan uşaqlar üçün;
MYP əsas məktəb proqramı – 11 yaşdan 16 yaşa qədər olan uşaqlar üçün;
DP ali məktəb proqramı – 16 – 19 yaş arası tələbələr üçün. Onu bitirdikdən sonra uşaqlar sertifikat alırlar.
Beynəlxalq sertifikat almaq üçün 6 IB fənnindən imtahan vermək lazımdır.
IB-dən başqa, ABŞ, Kanada və Böyük Britaniya kimi ölkələrin ali məktəblərinə daxil olduqda, IELTS, TOEFL və ya PTE Academic-dən də imtahan vermək tələb olunur.
AP (Advanced Placement) ABŞ və Kanada kimi ölkələrin tələbələri üçün mümkün qəbul imtahanlarından biridir. Adından göründüyü kimi, bütün fənlər orada dərindən öyrənilir (advanced səviyyədə). Bu hazırlıq proqramına fənlər üzrə geniş seçim daxildir. Şagirdlər öz məqsəd və qabiliyyətlərindən asılı olaraq bir və ya bir neçə fənn seçə bilərlər. Bu proqram üzrə öyrənilən materialın bir hissəsi çətinliyinə görə ali məktəbdə təhsilin birinci ilinin materiallarına uyğun gəlir.
Advanced Placement proqramı 34 fənn üzrə kurslardan ibarətdir. Şagirdlər, dərindən öyrənilməsi üçün təklif olunan sahələrdən bir neçə fənn seçirlər. Onların arasında xarici dillər, təbii və ictimai elmlər, incəsənət, informatika, riyaziyyat, sosiologiya ola bilər.
Tələbələr üçün ən çox tələb olunan riyazi istiqamət – Calculus (Ali riyaziyyat, Riyazi analiz). Tələbələr çox vaxt universitetdə bu fənnin öyrənilməsi zamanı problemlərlə üzləşirlər, buna görə də biz Calculus üzrə əvvəlcədən hazırlaşmağı təklif edirik. Həmçinin bizdə PreCalculus proqramı var. Calculus xüsusilə mühəndislik, iqtisadiyyat və informasiya texnologiyaları fakültələrinin tələbələri üçün lazımdır. Bundan başqa, biz tələbələr üçün Statistics, Economics, Linear Algebra, Discrete Math, Game Theory və s. üzrə hazırlıq proqramlarını təklif edirik.
GMAT və SAT imtahanlarının riyazi hissələri fərqlidir. GMAT riyaziyyatı SAT-dan daha az mövzu əhatə edir. Buna baxmayaraq, SAT-dan fərqli olaraq, GMAT üzrə imtahanda nəzəriyyədən daha çox məntiqə diqqət yetirilir. Eyni zamanda, GMAT və SAT arasında iki qlobal fərq var – bu, Data Sufficiency (GMAT-da var, SAT-da yoxdur) və kalkulyatordur (SAT-da istifadə etmək olar, GMAT-da olmaz).
GRE – tək MBA deyil, həmçinin digər texniki fakültələrə magistraturaya qəbul olanlar üçün imtahandır. Graduate Record Examination deməkdir.
GRE imtahanı üç hissədən ibarətdir: Quantitative (Math), Verbal, Analytical writing. GRE üzrə imtahanda maksimal bal 340 + 6 (170 – verbal, 170 – quantitative, 6 – writing) təşkil edir. GMAT üzrə imtahanın nəticəsi 5 il müddətində etibarlıdır. Magistraturaya daxil olmaq üçün yalnız GRE vermək kifayət edə bilər, lakin əsasən IELTS, TOEFL və ya PTE Academic-dən də keçmək lazımdır. Bundan əlavə, tələbə bakalavr təhsili aldığı universitetdən yaxşı bir GPA-i olmalıdır.
SAT Subject Test in Math Level 1 və ya 2-ni vermək mütləq deyil, lakin arzu olunandır. Baxmayaraq ki, bütün universitetlər SAT Subject Test in Math Level 1 və Level 2 üzrə nəticə tələb etmirlər, biz hər bir şagirdə ən azı SAT Subject Test in Math Level 1 verməyi məsləhət görürük, çünki bu ballar ona qəbul zamanı müsabiqədə üstünlük verir. Xüsusilə də ona görə ki, SAT Math və SAT Subject Test in Math Level 1 mövzuları eynidir. Həmçinin, əlavə Subject testlərin mövcudluğu Scholarship (təlim üçün endirim) əldə etməyə kömək edir.
Yalnız SAT Math üçün hazırlaşmaq olar, lakin SAT Subject Test in Math Level 1 proqramı SAT Math ilə tam eynidir, Level 2 isə Level 1-dən 20% çətindir.