İlk növbədə, biz sizin əlaqə məlumatlarınızı öz məlumat bazamıza daxil edirik, bundan sonra uşaq yoxlamaya – bilik səviyyəsini müəyyənləşdirmək üçün testə dəvət olunacaq. Sonra Sizin üçün lazım olan proqram və qrup müəyyən edilir.
Biz şagirdləri 6 – 7 yaşdan qəbul edirik. Riyaziyyat kurslarına əsasən 5 – ci sinifdən, dil kurslarına isə 1 – ci sinifdən.
  • Riyaziyyat (SAT, preSAT, ACT, preIGCSE, Checkpoint, General Math, IGCSE, A Level, IB, AP, Primary ( 1 – 6 ), DİM Public Exam 9 və 11 siniflər, IGCSE + attestat, Calculus, Linear Algebra, Discrete Math, Economics, Statistics, Game Theory, GMAT, GRE, SAT Subject Test in Math Level 1 and 2);
  • İngilis dili (General English, SAT, preSAT, ACT, IELTS, preIELTS, TOEFL, preTOEFL, PTE Academic, Business English, GMAT, GRE);
  • Fizika (SAT Subject Test, IGCSE, A Level, IB, AP);
  • Kimya (SAT Subject Test, IGCSE, A Level, IB, AP);
  • Biologiya (SAT Subject Test, IGCSE, A Level, IB, AP);
  • Tarix (SAT Subject Test);
  • ADA məktəbinə və Universitetinə hazırlıq;
  • Alman, Fransız, İtalyan dilləri tədris olunur.
  •  

    Aşağı sinif şagirdləri üçün bizdə riyaziyyat, həmçinin ingilis, fransiz, alman, italyan dilləri tədris olunur.
    • Riyaziyyat (SAT, preSAT, ACT, preIGCSE, Checkpoint, General Math, IGCSE, IGCSE + attestat, A Level, IB, AP, DİM Public Exam 9 və 11 siniflər, Calculus, Economics, Statistics, SAT Subject Test in Math Level 1 and 2);
    • İngilis dili (General English, SAT, preSAT, ACT, IELTS, preIELTS, TOEFL, preTOEFL, PTE Academic, Business English);
    • Fizika (SAT Subject Test, IGCSE, A Level, IB, AP);
    • Kimya (SAT Subject Test, IGCSE, A Level, IB, AP);
    • Biologiya (SAT Subject Test, IGCSE, A Level, IB, AP);
    • Tarix (SAT Subject Test);
    • ADA məktəbinə və Universitetinə hazırlıq;
    • Alman, Fransız, İtalyan dilləri kursları tədris olunur.
    Biz riyaziyyat üzrə PreSAT proqramına uyğun olaraq hazırlığı, həmçinin General English səviyyəsini İntermediate, Upper – İntermediate səviyyəsinə çatdırmağı tövsiyə edirik.
    Biz 9 – cu sinifdə riyaziyyat üzrə DİM attestasiya imtahanına hazırlığı əhatə edən PreSAT proqramına uyğun olaraq hazırlığı, həmçinin IELTS səviyyəsini 6+ – a çatdırmağı tövsiyə edirik.
    Biz SAT (riyaziyyat + İngilis dili), IELTS, TOEFL, PTE Academic proqramı üzrə hazırlığı, həmçinin SAT Subject Test üzrə hazırlığı tövsiyə edirik. Hər bir ixtisas üçün arzuolunan SAT Subject Testlərinin siyahısı var. Məsələn, mühəndislik, kompüter elmləri və memarlıq fakültələrinə daxil olanlar üçün fizika üzrə Subject Test vermək lazımdır; tibb üçün biologiya və kimya üzrə SAT Subject Test; gen mühəndisliyi fakültəsinə daxil olduqda – biologiya üzrə; hüquqşünaslığa (hüquqi) və ya beynəlxalq münasibətlər (International Relations) fakültəsinə daxil olduqda – World History üzrə nəticələr lazımdır. Economics, Business Administration fakültələrinə daxil olduqda əlavə olaraq Level 1 və Level 2 riyaziyyatı üzrə SAT Subject Test vermək lazımdır. Azərbaycanda və xaricdə ali məktəbə daxil olmaq, müxtəlif imtahanlar, onların keçiriləcəyi tarixlər və yerlər, lazımi sənədlər, məktublar və onların toplanması barədə ətraflı məlumat və tövsiyələr almaq üçün bizim Education Abroad / Xaricdə Təhsil departamentimizə pulsuz konsultasiya üçün müraciət edə bilərsiniz.
    Biz SAT proqramı (riyaziyyat + İngilis dili), IELTS, TOEFL, PTE Academic üzrə hazırlığı, həmçinin 11 – ci sinifdə DİM attestasiya imtahanına hazırlığı tövsiyə edirik. SAT imtahanlarını verdikdən sonra biz Ali riyaziyyat və ya Riyazi analiz olan Calculus üzrə hazırlığı tövsiyə edirik. O, iqtisadiyyat, biznes, IT fakültələrində, eləcə də dünyanın əksər universitetlərində öyrənilir; Statistics – informasiyanın vizuallaşdırılması və təhlili prosesini öyrənir. Bu proqram ADA-da İqtisadiyyat, Biznesin idarə edilməsi və Beynəlxalq münasibətlər fakültələrində, eləcə də bir çox xarici universitetlərdə öyrənilir; Economics istehsal sahələrinin məcmusunu, onların insanlara və ölkəyə təsirini öyrənir. Bu proqram ADA-nın bütün fakültələrində və bir çox xarici universitetlərdə öyrənilir. Azərbaycanda və xaricdə ali məktəbə daxil olmaq, müxtəlif imtahanlar, onların keçiriləcəyi tarixlər və yerlər, lazımi sənədlər, məktublar və onların toplanması barədə ətraflı məlumat və tövsiyələr almaq üçün bizim Education Abroad / Xaricdə Təhsil departamentimizə pulsuz konsultasiya üçün müraciət edə bilərsiniz.
    Bakalavr tələbələri üçün bizdə Calculus (ali riyaziyyat / riyazi analiz), Linear Algebra, Discrete Math, Economics, Statistics, Game Theory, həmçinin İngilis (General English, İELTS, TOEFL, PTE Academic), Fransız, Alman, İtalyan dilləri tədris olunur. Əgər tələbə tərəfimizdən göstərilməmiş hər hansı fənn üzrə problem yaşayırsa, onun üçün müvafiq kurs təşkil edə bilməyimiz üçün bunu bizə çatdıra bilər. Bundan əlavə, bizdə GMAT və GRE beynəlxalq proqramları üzrə magistraturaya da hazırlıq aparılır.
    Magistr tələbələri üçün bizdə Calculus (ali riyaziyyat / riyazi analiz), Linear Algebra, Discrete Math və Economics, həmçinin İngilis (General English, İELTS, TOEFL, PTE Academic), Fransız, Alman, İtalyan dilləri tədris olunur. Əgər tələbə tərəfimizdən göstərilməmiş hər hansı fənn üzrə problem yaşayırsa, onun üçün müvafiq kurs təşkil edə bilməyimiz üçün bunu bizə çatdıra bilər. Azərbaycanda və xaricdə ali məktəbə daxil olmaq, müxtəlif imtahanlar, onların keçiriləcəyi tarixlər və yerlər, lazımi sənədlər, məktublar və onların toplanması barədə ətraflı məlumat və tövsiyələr almaq üçün bizim Education Abroad / Xaricdə Təhsil departamentimizə pulsuz konsultasiya üçün müraciət edə bilərsiniz.
    Kurslarımızda İngilis dili (General English, SAT, preSAT, ACT, IELTS, preIELTS, TOEFL, preTOEFL, PTE Academic, GMAT, GRE), həmçinin Alman, Fransız, İtalyan dilləri tədris olunur.

    Bəli, təklif etdiyimiz fənlərdən / proqramlardan hər hansı biri üzrə, Emil Leznikin məşğələləri istisna olmaqla, həm qrup şəklində, həm də fərdi qaydada məşğul olmaq olar. Bununla belə, şagirdlərin böyük axını ilə əlaqədar olaraq fərdi məşğələlər üçün ayrılmış vaxt son dərəcə məhduddur. Onu da qeyd edək ki, bizdə həm bir, həm də eyni zamanda iki şagird üçün dərslər fərdi hesab olunur.

    Bəli, fərdi məşğələlər intensiv rejimdə keçirilə bilər.
    Bəli, təklif etdiyimiz bütün fənlər / proqramlar zəruri hallarda onlayn rejimdə də keçirir.

    Texniki fənlər üzrə məşğələlər İngilis və Rus, İngilis və Azərbaycan dillərində, yaxud yalnız İngilis dilində aparılır. Dil kurslarında məşğələlər yalnız öyrənilən dildə aparılır.

    Bəli, əvvəlcədən qeydiyyatdan keçərək, sınaq rejimində dərsə gələ bilərsiniz.

    Şagird dərsə gəlmişsə və ‘‘Leznik & Co.’’ kurslarında təhsilini davam etdirməyə qərar vermişsə, bu dərs hesaba alınır, yəni ödənişlidir. Dərsdə gəlmiş şagird ‘‘Leznik & Co.’’-da təhsil almamağa qərar vermişsə, bu halda bu dərs pulsuz olur.

    Bəli, bizim kurslardan hər hansı birinə daxil olmazdan əvvəl şagird yoxlama testini verir və onun nəticələrinə görə onu müvafiq qrupa və ya fərdi məşğələlərə təyin edirlər

    Uşaqlar imtahanın nəticəsindən, tarixindən və kursa gəlməyin məqsədindən asılı olaraq yoxlama testinin nəticələrinə görə paylaşdırılırlar.
    Əgər uşaq qrupa gec qoşulmuşsa, o, qrup səviyyəsinə qədər intensiv “Uyğunlaşdırma” kursunu keçməlidir, bundan sonra o, qrupa qoşulur.
    Biz bazar ertəsindən şənbə gününə qədər işləyirik, lakin bəzi fənlər / proqramlar üzrə bazar günü məşğələləri də var