‘‘Leznik & Co.’’ kurslarında İngilis dili aşağıdakı proqramlar üzrə tədris olunur:

Biz 1 – ci sinifdən başlayaraq General English üzrə hazırlaşdırırıq. General English səviyyələri: Beginner (A1), Elementary (A2), Pre – Intermediate (B1), Upper – Intermediate (B2), Advanced (C1), Proficiency (C2).
‘‘Leznik & Co.’’ kurslarında General English üzrə A1, A2, B1, B2 səviyyələrində proqramlar təklif olunur. C1 və C2 səviyyələrində isə General English adətən tədris edilmir. Adətən şagirdlər intensivliyindən asılı olaraq 3 – 4 ay ərzində bir General English səviyyəsini keçirlər.

– IELTS kursuna başlamaq üçün İngilis dili üzrə akademik təmayüllü ümumi dil hazırlığıdır.
International English Language Testing System – İngilis dili biliklərinin səviyyəsinin qiymətləndirilməsi üzrə beynəlxalq imtahandır. İki variantda təklif olunur: General Training Module (ümumi) və Academic Module (akademik). Əgər siz mühacirət etməyi planlaşdırırsınızsa, ümumi IELTS imtahanını vermək lazımdır, amma təhsil almaq və ya işləmək üçün, xaricə getmək üçün daha mürəkkəb akademik modul keçmək lazımdır. IELTS dörd hissədən ibarətdir: Listening (Dinləmə), Reading (Oxu), Writing (Yazı) və Speaking (Şifahi nitq). IELTS imtahanında maksimal bal 9-dur. IELTS imtahanında məqbul bal 6 – 6.5-dir. IELTS üzrə məqbul bal toplamaq üçün 5.5-dən (B2, C1) başlayaraq şagirdin intensivliyindən və iş qabiliyyətindən asılı olaraq 3 – 6 ay hazırlıq tələb olunur. IELTS imtahanının nəticəsi iki il müddətində etibarlıdır.
TOEFL imtahanının verilməsi üçün faydalı olan texnikaların tətbiqi ilə İngilis dili üzrə ümumi dil hazırlığıdır.

Test of English as a Foreign Language – Bu, akademik ingilis dilinin qiymətləndirilməsi üzrə Amerikada hazırlanmış beynəlxalq imtahandır.

TOEFL 4 hissədən ibarətdir: Listening (Dinləmə), Reading (Oxu), Writing (Yazı) və Speaking (Şifahi nitq). TOEFL imtahanında maksimal bal 120 bal təşkil edir. Dörd hissənin hər birində 30 bal. TOEFL üzrə məqbul bal 80+ təşkil edir. B2 səviyyəsindən başlayaraq TOEFL üzrə yaxşı bal toplamaq üçün 3 aydan 6 aya qədər məşğul olmaq lazımdır.

Test of English as a Foreign Language – Bu, akademik ingilis dilinin qiymətləndirilməsi üzrə Amerikada hazırlanmış beynəlxalq imtahandır.

TOEFL 4 hissədən ibarətdir: Listening (Dinləmə), Reading (Oxu), Writing (Yazı) və Speaking (Şifahi nitq). TOEFL imtahanında maksimal bal 120 bal təşkil edir. Dörd hissənin hər birində 30 bal. TOEFL üzrə məqbul bal 80+ təşkil edir. B2 səviyyəsindən başlayaraq TOEFL üzrə yaxşı bal toplamaq üçün 3 aydan 6 aya qədər məşğul olmaq lazımdır.

Scholastic Aptitude Test – İngilis dilində akademik fənnlərin mənimsənilməsi üçün abituriyentin (bakalavr, magistr) hazırlıq dərəcəsinin qiymətləndirilməsidir. O, mühazirələrin başa düşülmə, nəzəri dərsliklərin mənimsənilmə dərəcəsini və akademik yazı səviyyəsini müəyyən edir. SAT English – SAT Verbal-ın şərti adıdır. SAT English iki hissədən ibarətdir: Critical Reading (analitik oxu) və Writing (seçimə görə esse).

SAT English üzrə maksimal bal 800 təşkil edir: 400 – Reading, 400 – Writing. Əgər C1 Advanced (IELTS – 7+, TOEFL – 100+) səviyyəsində olaraq başlasanız, SAT English üzrə yaxşı bal toplamaq üçün 3 – 6 ay məşğul olmaq kifayətdir. SAT English üzrə 10 – cu sinifdən hazırlaşmaq məsləhətdir. Biz 8 – ci sinifdə olan uşaqlara Intermediate (B1) – Upper – Intermediate (B2) səviyyəsinə çatmalarını, 9 – cu sinifdə IELTS imtahanını 6+-a verməyi tövsiyə edirik ki, bu da 10-cu sinifdə SAT English üzrə daha tez nəticə əldə etməyə kömək edəcəkdir.

ACT – ABŞ, Kanada, Türkiyə, eləcə də bir çox Avropa və Asiya ölkələrinin ali təhsil müəssisələrinə qəbul üçün SAT ilə yanaşı analoji imtahandır. American College Testing (Amerika testi) deməkdir. ACT 4 hissədən ibarətdir: reading, writing, math, science. ACT üzrə imtahanda maksimal bal 36 təşkil edir. ACT nəticələri imtahan günündən 3 il müddətində etibarlıdır. ACT üzrə 9-cu – 10-cu sinifdən hazırlaşmaq daha yaxşıdır.

ACT həm Amerika abituriyentləri, həm də digər ölkələrdən olan abituriyentlər üçün məcburidir. Ancaq ABŞ-da xaricilər ACT ilə birlikdə IELTS, TOEFL və ya PTE Academic-dən də imtahan verirlər. ACT imtahanı universaldır və dünyanın demək olar ki, bütün universitetləri tərəfindən tanınır. ACT ABŞ-ın mərkəzi və cənub ştatlarında böyük populyarlığa malikdir.

 MBA fakültəsinə magistraturaya qəbul olunanlar üçün imtahandır. Graduate Management Admission Test deməkdir. GMAT aşağıdakı hissədən ibarətdir: Quantitative (Math), Verbal, Analytical writing, Integrated reasoning. GMAT üzrə imtahanda maksimal bal – 800. GMAT imtahanının nəticəsi 5 il müddətində etibarlıdır.

Magistraturaya daxil olmaq üçün yalnız GMAT vermək kifayət edə bilər, lakin əsasən IELTS, TOEFL və ya PTE Academic-dən də keçmək lazımdır.  Bundan əlavə, tələbə bakalavr təhsili aldığı universitetdən yaxşı GPA-i olmalıdır.

GMAT imtahanının iki hissəsindən biri olan GMAT Verbal (English) universitetin tələbi ilə verilir. Yüksək səviyyəli məntiq tələb edən bu imtahan əsasən ABŞ-da populyardır. GMAT English – GMAT Verbal-ın şərti adıdır. GMAT English SAT English-dən daha çətindir. SAT Verbal-da lüğət ehtiyatına, GMAT Verbal-da isə məntiqə daha çox diqqət yetirilir. Kağız SAT-dan fərqli olaraq, GMAT kompüter – adaptiv testdir, bu da o deməkdir ki, tələbənin cavablarının sonradan testdə görəcəyi suallara təsir göstərir.

GRE – tək MBA deyil, həmçinin digər texniki fakültələrinə magistraturaya qəbul olanlar üçün imtahandır. Graduate Record Examination deməkdir.

GRE imtahanı üç hissədən ibarətdir: Quantitative (Math), Verbal, Analytical writing.  GRE üzrə imtahanda maksimal bal 340 + 6 (170 – verbal, 170 – quantitative, 6 – writing) təşkil edir. GMAT üzrə imtahanın nəticəsi 5 il müddətində etibarlıdır. Magistraturaya daxil olmaq üçün yalnız GRE vermək kifayət edə bilər, lakin əsasən IELTS, TOEFL və ya PTE Academic-dən də keçmək lazımdır. Bundan əlavə, tələbə bakalavr təhsili aldığı universitetdən yaxşı bir GPA-i olmalıdır.

GRE imtahanının iki hissəsindən biri olan GRE Verbal (English) universitetin tələbi ilə verilir. GRE English SAT English-dən daha çətindir. Kağız SAT-dan fərqli olaraq, GRE kompüter – adaptiv testdir, bu da o deməkdir ki, tələbənin cavablarının sonradan testdə görəcəyi suallara təsir göstərir. 

IGCSE – orta məktəbi bitirdikdə imtahanlar əsasında verilən sertifikatdır. Bu, British Curriculum təlim sistemi ilə məktəb proqramdır. International General Certificate of Secondary Education deməkdir. IGCSE sertifikatı hər bir fənn üzrə verilir. Yəni coğrafiya, tarix, riyaziyyat və s. üzrə IGCSE. Əsasən 7 fənn üzrə imtahan vermək lazımdır.  IGCSE imtahanında maksimum bal – A*-dur (A star).

‘‘Leznik & Co.’’ kurslarında Cambridge IGCSE proqramı üzrə riyaziyyat, kimya, fizika, biologiya, tarix, İngilis dili hazırlığı var.

IGCSE First Language ingilis dilli ölkələrin, IGCSE Second Language isə digər ölkələrin tələbələri üçün nəzərdə tutulmuşdur. Bu zaman, ingilis dilini mükəmməl bilən şagird İGCSE First Language-ə müraciət edə bilər.

A Level – başa çatdırdıqdan sonra uşaqların beynəlxalq imtahan verdiyi və hər bir fənn üzrə sertifikatlar aldığı 2 illik proqramdır. Proqram müxtəlif beynəlxalq məktəblərdə öyrənilir. Advanced Level deməkdir. A Level-də fənlər üzrə heç bir məhdudiyyət yoxdur, adətən ali təhsil müəssisələri A Level-in ən azı dörd fənnindən imtahanın verilməsini tələb edirlər. A Level üzrə imtahanda maksimal bal – A*-dur. A Level-dən imtahan verdikdən sonra dərhal universitetin birinci kursuna daxil olmaq olar. ABŞ, Kanada və Böyük Britaniya kimi ölkələrin ali məktəblərinə daxil olduqda, A Level ilə yanaşı, TOEFL, IELTS və ya PTE Academic-dən də imtahan vermək lazımdır.

IB-nin (International Baccalaureate) yaradılmasında məqsəd bütün tanınmış orta təhsil sistemlərinin birləşdirilməsi idi ki, bu proqramın diplomu istənilən ölkənin universitetləri tərəfindən milli məktəb diplomları səviyyəsində tanınsın.
IB proqramı PYP (Primary Years Program), MYP (Middle Years Program) və DP-dən (Diploma Program) ibarətdir:

PYP ibtidai məktəb proqramı – 5 yaşdan 11 yaşa qədər olan uşaqlar üçün;

MYP əsas məktəb proqramı – 11 yaşdan 16 yaşa qədər olan uşaqlar üçün;

DP ali məktəb proqramı – 16 – 19 yaş arası tələbələr üçün. Onu bitirdikdən sonra uşaqlar sertifikat alırlar.

Beynəlxalq sertifikat almaq üçün 6 IB fənnindən imtahan vermək lazımdır.

IB-dən başqa, ABŞ, Kanada və Böyük Britaniya kimi ölkələrin ali məktəblərinə daxil olduqda, IELTS, TOEFL və ya PTE Academic-dən də imtahan vermək tələb olunur.

 AP (Advanced Placement) ABŞ və Kanada kimi ölkələrin tələbələri üçün mümkün qəbul imtahanlarından biridir. Adından göründüyü kimi, bütün fənlər orada dərindən öyrənilir (advanced səviyyədə). Bu hazırlıq proqramına fənlər üzrə geniş seçim daxildir. Şagirdlər öz məqsəd və qabiliyyətlərindən asılı olaraq bir və ya bir neçə fənn seçə bilərlər. Bu proqram üzrə öyrənilən materialın bir hissəsi çətinliyinə görə ali məktəbdə təhsilin birinci ilinin materiallarına uyğun gəlir.

Advanced Placement proqramı 34 fənn üzrə kurslardan ibarətdir. Şagirdlər, dərindən öyrənilməsi üçün təklif olunan sahələrdən bir neçə fənn seçirlər. Onların arasında xarici dillər, təbii və ictimai elmlər, incəsənət, informatika, riyaziyyat, sosiologiya ola bilər.