header_az_2022

KEYFİYYƏT SİYASƏTİMİZ

“Leznik & Co.” MMC-nin rəhbərliyi idarəetmədə Keyfiyyət Menecment Sisteminin prinsiplərinə əsaslanan uzunmüddətli keyfiyyət siyasətini müəyyən edir.

Keyfiyyət siyasətimizin əsasını tələbələrimizin Azərbaycanın və dünyanın qabaqcıl ali təhsil müəssisələrinə yüksək göstəricilər ilə qəbul olmaları, onların cəmiyyətin gələcəyini formalaşdıran müstəqil, intellektual və sorğuçu gənclər kimi yetişmələri üçün təhsilə yeni və yaradıcı metodlar gətirərək müəssisəmizin daim təkmilləşdirilməsi təşkil edir.

Keyfiyyət siyasətimiz müəssisəmizin tələbələrinə, valideynlərinə, həmçinin, korporativ müştərilərinə yüksək keyfiyyətli təhsil – tədris xidmətlərinin göstərilməsinin təmin edilməsi və Personalın əməyinin effektivliyinin yüksəldilməsinə doğru yönəlmişdir.

Keyfiyyət siyasəti – operativ, sistemli idarəetməni təmin etmək, müəssisə personalının nəzərinə çatdırılmaq və maraqlı tərəflərə ötürülmək məqsədilə ayrıca sənəd şəklində tərtib olunur.

Keyfiyyət siyasətinin məzmunu personalın davamlı təlimlərində bütün personalın nəzərinə çatdırılır, əmək və digər növ müqavilələr bağlandıqda maraqlı şəxs və tərəflərə təqdim olunur, toplantı və konfranslarda müzakirə olunur.

İSO 9001:2015 standartının tələblərini əsas tutaraq:

Müəssisənin Rəhbərliyi bu siyasətin realizə olunması üçün:

  • Uzunmüddətli perspektivdə rəqib şirkətlərlə müqayisədə lider mövqeyini qorumaq üçün müvafiq strategiyanı qəbul edir.
  • Beynəlxalq İSO 9001:2015 standartının tələblərinə uyğun olaraq biznes idarəetmə sistemini tətbiq edir.
  • Bütün müəssisə personalının keyfiyyət idarəetmə prosesinin təşkilində iştirakına şərait yaradır və keyfiyyət idarəetmə sisteminin tətbiqində aşağıdakı əsas fəaliyyət sahələrini müəyyənləşdirir:
    – təqdim etdiyimiz xidmətin keyfiyyəti ilə əlaqədar istehlakçıların tələb və gözləntilərini araşdırır;
    – istehlakçılarla mütəmadi əks-əlaqə yaradaraq onların soğularına operativ cavab verilməsini təmin edir;
    – təqdim edilən xidməti həm beynəlxalq standartlara, həm də Azərbaycan Respublikası qanunvericiliyinin mövcud tələblərinə uyğun şəkildə təşkil edir;
    – müəssisənin bütün proseslərində risk yönümlü yanaşmanı tətbiq edirik (potensial riskləri öncədən müəyyən etmək mexanizmi ilə).
  • Müəssisənin tələbələr, personal, korporativ müştərilər arasında və bütün cəmiyyətdə yüksək etimad qazanması üçün lazım olan resursları təmin edir.
  • Personalın ixtisasının daim artırılması, fasiləsiz təlimləndirilməsi və rifah halının yüksəldilməsinə zəmanət verir.
  • Qabaqcıl texnologiya, İT avadanlıqların və müasir təhsil materiallarının əldə edilməsini, yeni elmi-tədqiqat laboratoriyalarının, zəngin kitabxananın yaradılmasını mütəmadi olaraq həyata keçirir.

“Leznik & Co.” MMC – nin
Direktoru: Ləman Həsənova

Tarix: 21.01.2022